FHN: Ötən gün 23 yanğına çıxış olub

   FHN:    Ötən gün 23 yanğına çıxış olub
  19 Fevral 2022    Oxunub:1020
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib. Zərdab rayonunda baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb, 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Yasamal rayonunda bağlı qapı arxasında aşkar olunan 1940-cı il təvəllüdlü Mahmudova Qızbikə Mahmud qızının meyiti aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti