Bayden NATO liderləri ilə Ukraynanı müzakirə edir

   Bayden NATO liderləri ilə Ukraynanı müzakirə edir
  19 Fevral 2022    Oxunub:1998
ABŞ prezidenti Co Bayden NATO-ya üzv ölkələrin liderləri ilə telefon danışığı aparır. AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığında Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya və Böyük Britaniya, Avropa İttifaqı və NATO liderləri, Kanadanın baş naziri iştirak edir. Onlar Ukrayna ətrafındakı vəziyyəti müzakirə edirlər.

Şənbə günü gecə yarısı Bayden vəziyyətlə bağlı açıqlama verməyi planlaşdırır.

AzVision.az


Teqlər:



Xəbər lenti