Mənzildə 82 yaşlı qadın meyiti tapılıb

Mənzildə 82 yaşlı qadın meyiti tapılıb
  18 Fevral 2022    Oxunub:1435
Bakıda mənzildə 82 yaşlı qadın meyiti tapılıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mahmudova Qızbikə Mahmud qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər: FHN   Mənzil  





Xəbər lenti