Füzulidə Manaf Ağayev ilə “AA” seriyalı maşını sürən kimdir? - FOTOLAR

   Füzulidə Manaf Ağayev ilə “AA” seriyalı maşını sürən kimdir? -    FOTOLAR
  18 Fevral 2022    Oxunub:4832
Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Füzuli rayonuna qanunsuz səfər edib və bu səbəbdən saxlanılıb. İfaçının səfərlə bağlı çəkdirdiyi video da sosial şəbəkələrdə geniş yayılıb.
Sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşının kimə məxsus olması da maraq doğurub.

Manaf Ağayev saxlanılıb
AzVision.az xəbər verir ki, “Qafqazinfo”nun araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs Sənan Nizami oğlu Hüseynovdur. 1983-cü ildə Füzuli rayonunda anadan olan S. Hüseynov biznesmendir. Onun qardaşı Əliş Hüseynov da iş adamıdır.

Müğənni Manaf Ağayevlə yaxın dost olan Sənan Hüseynov, digər şou-biznes nümayəndələri tərəfindən də tanınan simadır.



AzVision.az



Teqlər:   Füzuli   Müğənni  





Xəbər lenti