Mikroavtobus "KamAZ"la toqquşub: Ölən və yaralananlar var

   Mikroavtobus "KamAZ"la toqquşub:  Ölən və yaralananlar var
  18 Fevral 2022    Oxunub:1273
Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində ağır yol qəzası qeydə alınıb.
AzVision.az xəbər verir ki, “Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızı hadisə yerində ölüb, daha 5 nəfər xəsarət alıb.

Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti