Bələdiyyələr 9 096 hektar torpağı qanunsuz satıb

   Bələdiyyələr 9 096 hektar torpağı qanunsuz satıb
  16 Fevral 2022    Oxunub:1434
Bələdiyyələrin fəaliyyəti ilə bağlı inzibati tədbirlər nəticəsində ümumilikdə 9 323 hektar (ha) torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
AzVision.az -ın xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, nəticədə 290 hektar torpaq sahəsinin mülkiyyətə və 8 806 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bütövlükdə isə 9 096 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 227 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti