Bakı metrosu yeni vaqonlar alıb

   Bakı metrosu yeni vaqonlar alıb
  16 Fevral 2022    Oxunub:1692
Bakı metropoliteni daha 4 qatar tərkibi alıb.
Bu barədə AzVision.az -a Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib.

"Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq",-deyə qurum rəsmisi bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Metro  



Xəbər lenti