Füzulidəki ilk çoxmənzilli yaşayış məhəlləsini MİDA tikəcək

Füzulidəki ilk çoxmənzilli yaşayış məhəlləsini MİDA tikəcək
  16 Fevral 2022    Oxunub:1043
Prezident İlham Əliyevin ötən il oktyabrın 18-də təməlini qoyduğu yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tapşırılıb.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib.

Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.

AzVision.az


Teqlər: MİDA  





Xəbər lenti