Evində narkotik gizlədən şəxs saxlanılıb

Evində narkotik gizlədən şəxs saxlanılıb
  15 Fevral 2022    Oxunub:1013
İsmayıllıda evində satış məqsədilə narkotik gizlədən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Sahib Eyyubov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədə satış məqsədilə gizlətdiyi yarım kiloqrama yaxın qurudulan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, S.Eyyuvobun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti