Şəkidə mikroavtobus aşıb, bir nəfər xəsarət alıb

Şəkidə mikroavtobus aşıb, bir nəfər xəsarət alıb
  09 Aprel 2014    Oxunub:1003
AzVision.az Kanal S-ə istinadən məlumat verir ki, bu gün saat 19:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi qeydə alınıb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 16-cı kilometrliyində Şəkinin Turan qəsəbəsi ərazisində baş verib. Belə ki, hadisə zamanı Şəki sakini 1973-cü il təvəllüdlü Mehdiyev Mübariz Ağayar oğlu idarə etdiyi Mersedes markalı sərnişin mikroavtobusu ilə Xaldan istiqamətində hərəkətdə olarkən qəfildən idaretməni itirib və avtomobili aşırıb.

Qəza zamanı avtomobildə sürücü tək olub və o, yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə Şəki TTTYS-nin əməkdaşları cəlb olunub və xəsarət alan şəxsə elə hadisə yerindəcə ilk yardım göstərilib.

Faktla əlaqədar baş dövlət yol polisi idarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Teqlər:





Xəbər lenti