Gözünüzü yoxlatdırın, xərçəng ola bilərsiniz!
Araşdırmalar nəticəsində ağciyər xərçənginin gözlə əlaqəsi olduğu ortaya çıxıb. Tibbin bu yeniliyi sayəsində göz müayinəsi nəticəsində ağciyər xərçənginin diaqnozunun qoyula biləcəyi müəyyən edilib.
Gözlə xərçəng diaqnozunun qoyulmasının 3 yolu var.
Bunlardan birincisi xərçəngin gözü qidalandıran damar təbəqəsinə yoluxması əlamətidir. Bu cür problem olduğunda gözə işıq düşəndə görmədə bulanıqlıq və anlaşılmazlıq olur.
Digər yolu xərçəngin beyinə yoluxmasıyla bağlı ortaya çıxan əlamətlərdir. Bu da görmədə bulanıqlıq və görmə sahəsində müəyyən zəifləmələrlə ortaya çıxır.
Üçüncü yolu isə ağciyərin üst dilimini bürüyən şişlərin sinirlərə təzyiq göstərməsidir. Bunun nəticəsində üzdə tərləmə funksiyasının zəifləməsi, göz qapaqlarının aşağı düşməsi, çuxur gözlərin yaranması kimi əlamətlər ortaya çıxır.
Xəstə bu əlamətləri özü hiss edə bilməz.
Mütəxəssislər vaxtında diqqət edilməyən bu əlamətlərin ciddi görmə problemi ilə nəticələnə biləcəyini qeyd edib. Görmə sinirinin zədələnməsi, hətta görmənin tam itirilməsinə səbəb ola bilər. Əgər ağciyər xərçəngi müalicə edilərsə, gözdəki bu problemlər də yox ola bilər. Buna görə gözlərində problem olduğunu hiss edən hər bir kəs həkimə müraciət etməlidir.
Yalnız ağciyər xərçəngi deyil, qadınlarda rastlanan döş xərçənginin də diaqnozunu gözlər vasitəsilə qoymaq mümkündür. Buna görə hər kəs müntəzəm olaraq göz müayinəsindən keçməlidir.
Teqlər: