"Gələcəyə nikbin baxırıq" - Elman Rüstəmov

   "Gələcəyə nikbin baxırıq" -    Elman Rüstəmov
  12 Fevral 2022    Oxunub:1829
"Ötən il dövlətimizin başçısı yeni milli inkişaf prioritetləri imzaladı. Ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub. Bu inkişaf dövründə Azərbaycan iqtisadiyyatı qarşısında çox ciddi çağırışlar dayanır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, maliyyə sektoru bundan əvvəlki dövrə nisbətən daha çox iqtisadi inkişafa dəstək verəcək:

"Biz gələcəyə nikbin baxırıq. Əminik ki, Azərbaycan yeni inkişaf mərhələsində də yüksək nəticələrə nail olacaq. Xalqımızın rifahının yüksəldilməsi istiqamətində bütün lazımi işlər görüləcək. Azərbaycan Mərkəzi Bankı, bank sektoru öz üzərinə düşən bu tarixi vəzifənin öhdəsindən şərəflə gəlməyə çalışacaq".

AzVision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti