3 məktəbli qıza seksual hərəkətlər edən sürücü saxlanılıb

3 məktəbli qıza seksual hərəkətlər edən sürücü saxlanılıb
  12 Fevral 2022    Oxunub:1477
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, E.Camalov polis əməkdaşları tərəfindən saxlanılılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılılıb. Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti