Qəbiristanlıqdan oğurluq edənlər ələ keçdi

Qəbiristanlıqdan oğurluq edənlər ələ keçdi
  12 Fevral 2022    Oxunub:1534
Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilən 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılılıb.

Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbiristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilib.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti