Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
  12 Fevral 2022    Oxunub:1237
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, rayon sakinləri Rinat Zamanov və Tural Mustafayevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub. Buna baxamayaraq həmin şəxslərin yaşadıqları ünvanları tərk etdikləri və digərlərinin də sağlamlığı üçün təhlükə yaratdıqları müəyyən edilib.

Onlar polis əməkdaşları tərəfindən evlərinə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Hər iki şəxs barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti