"Gənc Liderlər üçün Qış Universiteti"nin ikinci günü başa çatıb

"Gənc Liderlər üçün Qış Universiteti"nin ikinci günü başa çatıb
  11 Fevral 2022    Oxunub:1385
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin iştirakçıları ikinci günə səhər idmanı ilə başlayıblar.

Gün ərzində baş tutan panellər çərçivəsində "Liqa Smixu"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyov "İnnovasiya əsaslı ideya generasiyası", millət vəkilləri İlham Məmmədov "Motivasiya fundamentalı uğura gedən yol", Pərvin Kərimzadə "Gənc liderlərin inkişafında təhsilin rolu", PR və Marketinq üzrə mütəxəssis Günay Məhərrəmli "Rəqəmsal dünyada sosial medianın imkanlarından effektiv istifadə formaları" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda "Social Night" proqramına əsasən yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.


Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir.

Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.


Teqlər: Gənc-liderlər  





Xəbər lenti