205 mehmanxanaya xəbərdarlıq edildi
Hazırda respublika ərazisində 258 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.
Nazirlik ötən il "İSR Azeri Apart and Business Centre" Məhdud Məsuliyyətli Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş lisenziyanın fəaliyyəti ləğv edib. "Səyahət-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Qəçrəş" Açıq Səhmdar Cəmiyyətinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.