Üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlandı

   Üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlandı
  10 Fevral 2022    Oxunub:1410
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlayıb.

AzVision.az xəbər verir ki, qurum tərəfindən Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında nəzarət tədbirləri aparılıb.
Nəticədə inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub.

Həmçinin, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.

AzVision.az


Teqlər: İcra-Hakimiyyəti  





Xəbər lenti