Bakıda yeniyetmə oğlan itkin düşüb

Bakıda yeniyetmə oğlan itkin düşüb
  10 Fevral 2022    Oxunub:1694
Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu itkin düşüb.

AzVision.az xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. Onların sözlərinə görə, Murad Qəhrəmanov dünən saat 16 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb. M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.

M.Qəhrəmanovun yaxınları hadisə ilə bağlı polisə məlumat veriblər. Onu görənlərdən və ya M.Qəhrəmanov barədə məlumatı olanlardan polisə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti