Odessada azərbaycanlı “vor zakon” öldürüldü

Odessada azərbaycanlı “vor zakon” öldürüldü
  08 Aprel 2014    Oxunub:8893
Dünən axşam Odessanın “Bakı axşamı” restoranında azərbaycanlı “vor zakon”, 39 yaşlı Baxış Əliyev güllələnib. O, kriminal aləmdə “Vaxa” ləqəbilə tanınırdı.Onunla bir yerdə cangüdəni də öldürülüb.
AzVision.az Ukrayna saytlarına istinadla xəbər verir ki, Baxış Əliyev əslən Gürcüstanın Dmanisi rayonundandır. Ona 2004-cü ildə Moskvada gürcü “vor zakon”lar tərəfindən “tac qoyulmuşdu”.

Bildirilir ki, Gürcüstan “oğruları” ilə Ded Hasan arasında qarşıdurma yaşananda sonuncu “Vaxa”nı Rövşən Canıyevi sıxışdırmaq üçün Ukraynaya göndərimişdi. 2001-2013-cü ildə o, 3 dfə Ukraynadan çıxarılmışdı.

Qeyd edək ki, dünən Sankt-Peterburqda da əslən azərbaycanlı olduğu bildirilən “Albert Gəncinski” (Alik Rıjiy) adlı “vor zakon”un tutulduğu bildirlirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti