Saxta pulla yanacaq alan tutuldu

Saxta pulla yanacaq alan tutuldu
  08 Fevral 2022    Oxunub:907
Beyləqanda saxta əsginas istifadə edən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 28-də vətəndaşa 5 ədəd 200 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun 2021-ci il dekabrın 23-də 2-ci Aşıqlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində operatora 1 ədəd 200 manatlıq saxta əsginas verib 10 litr yanacaq alması da müəyyən edilib.

AzVision.az



Teqlər: Saxta-Pul  





Xəbər lenti