Ağacların kəsilməsi ilə bağlı araşdırmalar başladı

Ağacların kəsilməsi ilə bağlı araşdırmalar başladı
  07 Fevral 2022    Oxunub:943
Oğuz rayonunun Çaldaş kəndinin Türyançay Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Bu barədə AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam edir.

AzVision.az


Teqlər: Ağac  





Xəbər lenti