Orta məktəb dərslikləri yoxlanılacaq
Ə.Quliyev onu da qeyd edib ki, artıq 7-8-ci siniflərin dərslikləri hazırdır: “Bu ilə qədər dəsrliklər tədris ili başlayanda hazır olurdu və müəllimlər onunla tanış ola bilmirdi. Bu il iki dərslik sifariş verilib və tədris ili başlamadan məktəblərə göndəriləcək. 8-ci sinif dərslikləri sınaq üçün pilot məktəblərə veriləcək. Növbəti ildə ən azı iki ay əvvəl dərsliklər müəllimlərin istifadəsində olacaq. Ötən il 22 adda dərslik hazırlanmalı idi, artıq onlar hazırdır və şura üzvləri sabahdan onların qiymətləndirilməsinə başlayacaq”.
Nazirliyin nümayəndəsi vuğulayıb ki, şura üzvləri dərsliklərə tək baxmayacaq: “Qiymətləndirmə Şurasında hər fənn üzrə mütəxəssis var, amma onlarla yanaşı fənnlər üzrə qruplar yaradılıb. Həmin qruplar müəllimlərlə birlikdə dərsliklərin monitorinqini aparacaq”.
Ə.Quliyev 5-ci sinif Ədəbiyyat dərsliyindəki problemlərə də aydınlıq gətirib. O bildirib ki, bu dəsrlikdəki çatışmazlıqlarla bağlı TQDK monitorinq aparıb və onun nəticələri nəşriyyatlara təqdim edilib. Amma nəzərə almaq laızmdır ki, dərsliklər 4 ildən bir çap olunur, ona görə də qeyd olunan səhvlər növbəti nəşrdə düzələcək”.
Fatimə Kərimli