"AzerGold" 256,5 min unsiya qızıl hasil edib

"AzerGold"  256,5  min unsiya qızıl hasil edib
  07 Fevral 2022    Oxunub:1446
"Ötən il "AzerGold" fəaliyyətini uğurla davam etdirib". AzVision.az xəbər verir ki bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin(QSC) ilin yekunlərı və qarşıda duran vəzifələrə dair mətbuat konfransında "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Sədr qeyd edib ki, hesabat ilində hasilat göstəriciləri 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırılıb.

- Qızıl hasilatı plandan 11 faiz, gümüş hasilatı isə 55 faiz daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2,5 faiz gümüş hasilatı üzrə 10,9 faiz artım qeydə alınıb- Zakir İbrahimov deyib.

Bildirilib ki "AzerGold" fəaliyyət göstərdiyi 5 il ərzində 256,5 min unsiya qızıl hasil edib.

Tural Tağıyev


Teqlər:





Xəbər lenti