Bakıda bir gecədə 4 evdə yanğın olub

Bakıda bir gecədə 4 evdə yanğın olub
  07 Fevral 2022    Oxunub:815
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd olunub ki, evin qalan hissəsi yanğından muhafizə olunub.

Bakı şəhərinin Binəqədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 70 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvar və altına yığılan 5 ədəd soyuducu, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə və ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti