Azərbaycanda sutkalıq yoluxma 7000-i ötdü

   Azərbaycanda sutkalıq yoluxma    7000-i    ötdü
  04 Fevral 2022    Oxunub:1479
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 637 429 nəfər müalicə olunaraq sağalıb, 8 823 nəfər vəfat edib. 37 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 481, bu günə qədər isə ümumilikdə 6 227 883 test icra olunub.

AzVision.az



Teqlər: İnfeksiya   Koronavirus  





Xəbər lenti