İsmayıllıda ağır qəza, ölən var

İsmayıllıda ağır qəza, ölən var
  08 Aprel 2014    Oxunub:1088
İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İsmayıllı rayonunda (İsmayıllı-Muğanlı yolunun 12-ci kilometrliyi) vətəndaşlara məxsus "VAZ" və "Chevrolet" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü Babayev Bülbül Heybət oğlu hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış B.Babayevin cəsədini və "Chevrolet" markalı minik avtomobilinin sürücüsünü çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər.



Teqlər:





Xəbər lenti