Ağdamda yol qəzasında iki nəfər yaralanıb

Ağdamda yol qəzasında iki nəfər yaralanıb
  08 Aprel 2014    Oxunub:909
Ağdamda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, Tərtərdə məskunlaşan məcburi köçkünlər, Ağdam rayonunun Paprəvənd kənd sakinləri 1991-ci il təvəllüdlü Məmmədov Səxavət Adıgözəl oğlu və 1995-ci ildə anadan olan Bayramlı Əziz Zöhrab oğlu, rayonun Xındırıstan kəndi ərazisində qəzaya düşüblər.

Onların olduğu 10 GX 046 nömrə nişanlı VAZ-2106 markalı minik maşını idarəetməni itirərək yol kənarında bir neçə ağaca çırpılıb. Nəticədə hər iki gənc ağır xəasrətlərlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.


Teqlər:





Xəbər lenti