Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad edilib

   Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad edilib
  29 Yanvar 2022    Oxunub:1614
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
AzVision.az xəbər verir ki, qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv olunub

Eyni zamanda 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu da ləğv olunub.

Bu Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq edilir və 2022-ci il 1 iyun tarixinədək qüvvədədir.

AzVision.az


Teqlər: Benzin  





Xəbər lenti