Türk Akademiyası ilə UNESCO-nun komissiyası arasında əməkdaşlıq genişlənir

Türk Akademiyası ilə UNESCO-nun komissiyası arasında əməkdaşlıq genişlənir
  28 Yanvar 2022    Oxunub:1272
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Dr.Füzuli Məcidli Ankarada UNESCO Türkiyə Milli Komissiyasının sədri Prof. Dr.M.Öcal Oğuzu ziyarət edib.
Görüş zamanı tərəflər UNESCO məsələləri üzrə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, məsləhətləşmələr aparıblar.

UTMK sədri Akademiyanın UNESCO çərçivəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini bildirib və UNESCO-da Türk Dili Gününün müəyyən edilməsində Akademiyanın dəstəyinə önəm verdiklərini qeyd edib.


Dr. Füzuli Məcidli Beynəlxalq Türk Akademiyasının UNESCO çərçivəsində fəaliyyətini davam etdirmək əzmində olduğunu bildirib və bu məsələdə Milli Komissiyalarla daha sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda UTMK sədrinə Akademiyanın nəşrlərindən təqdim olunub.


Teqlər: Türk-Akademiyası  





Xəbər lenti