Ötən gün nə baş verib? - KRİMİNAL

Ötən gün nə baş verib? - KRİMİNAL
  07 Aprel 2014    Oxunub:933
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Eyni zamanda Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 8 nəfər yaralanıb.

Eləcə də daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Ümumiyyətlə isə, cinayət törətdiklərinə görə 14 nəfər ötən gün həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti