Mərkəzi Bank uçot dərəcəsini artırdı

 Mərkəzi Bank uçot dərəcəsini artırdı
  28 Yanvar 2022    Oxunub:1343
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqda qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib. O bildirib ki, uçot dərəcəsi 7,25-dən 7,5%-ə, faiz dəhlizinin aşağı həddi 6%-də, faiz dəhlizinin yuxarı həddi isə 8,25%-dən 9%-ə yüksəldilib.

Bu, 2022-ci ildə maliyyə requlyatorunun uçot dərəcəsinin artırılması üzrə birinci qərardır.

Aytən Zəhra
AzVision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti