Binada yanğın: 20-yə yaxın sakin təxliyə olunub

   Binada yanğın:    20-yə yaxın sakin təxliyə olunub
  26 Yanvar 2022    Oxunub:793
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Qeyd olunub ki, yanğın sahəsi 85 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Yanğın zamanı 20-yə yaxın bina sakini təxliyə edilib. Yanğınla bağlı 14:40-da məlumat verilib. 14:44-də yanğınsöndürənlər və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, 3 yanğınsöndürmə avtomobili hadisə yerinə cəlb olunub.

*** 15:05***

Bakıda yaşayış binası yanır.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti