"Azərbaycanla İran arasındakı daşımalar yeni səviyyəyə yüksələcək"

"Azərbaycanla İran arasındakı daşımalar yeni səviyyəyə yüksələcək"
  25 Yanvar 2022    Oxunub:1220
"Astaraçay üzərindən yeni tikiləcək avtomobil körpüsü Azərbaycanla İran arasında, habelə Rusiya və başqa ölkələrə yükdaşımaların artmasını hədəfləyir".
AzVision.az “Report”-a istinadən xəbər verir ki, bunu həmin körpünün təməlqoyma mərasimində İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi bildirib.

“Uzunluğu 100 metr, eni 30 metr olacaq bu körpünün tikintisi Azərbaycan ilə İran arasında, habelə başqa yolüstü ölkələrlə tranzit daşımalarını daha yüksək səviyyəyə qaldıra bilər. Bu körpünü birgə səylərlə, hər iki tərəfin maliyyə vəsaitləri hesabına inşa etməyi nəzərdə tuturuq”, – deyən nazir qeyd edib.

Onun sözlərinə görə, həm körpünün özünü, həm də ətrafındakı avtomobil yollarını bir il ərzində hazır vəziyyətə gətirmək nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti