DİM: "Builki qəbul proqramlarında bəzi dəyişikliklər edilib"

   DİM:    "Builki qəbul proqramlarında bəzi dəyişikliklər edilib"
  25 Yanvar 2022    Oxunub:878
“Ali təhsil müəssisələrinə builki qəbul proqramlarında müəyyən dəyişiklik edilib”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyib.

Onun sözlərinə görə, yeni iqtisadi zonalarla bağlı coğrafiya fənni üzrə qəbul proqramına tapşırıqlar salınacaq: “Hansı ki, həmin məlumatlar dərsliklərə salınmayıb. Ona görə də bununla bağlı materiallar hazırlanıb və DİM-in saytında yerləşdirilib. Eyni zamanda tarix fənnində də material yenilənib və o da saytda yerləşdirilib. Vətən müharibəsində qazanılan qələbə ilə bağlı tarix fənnində dəyişiklik edilib. İndiki 11-cilər bu dəyişiklikləri məktəbdə keçmədiklərindən DİM bununla bağlı müəyyən işlər görüb. Daha bir dəyişiklik ədəbiyyat dərsliyi ilə bağlıdır. Bəzi yeni əsərlər proqrama əlavə olunub. Əsərlərin bir neçə hissəsi artıq saytda yerləşdirilib. Bu yeni deyil, proqrama daxil edilən əsərlərdir. Məktəbdaxili qiymətləndirmə də aparılıb”.

Şöbə müdiri əlavə edib ki, bütün bu yeniliklərin yer aldığı tapşırıqlarla bağlı məlumatlar “Abituriyent” jurnalının 1-ci sayı üzərində işlər artıq yekunlaşır, yaxın vaxtlarda nəşr ediləcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti