Atəşkəs yenə pozulub

Atəşkəs yenə pozulub
  07 Aprel 2014    Oxunub:1032
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Nəmirli, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Göygöl və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti