DGK: “16 726 hüquqi və fiziki şəxs məsuliyyətə cəlb edilib”

      DGK:    “16 726 hüquqi və fiziki şəxs məsuliyyətə cəlb edilib”
  25 Yanvar 2022    Oxunub:878
“2021-ci ildə axtarışda olan 11 nəfər şəxsin tapılaraq istintaq orqanına gətirilməsi təmin edilib, istintaqı aparılan 221 cinayət işindən 95-i ittiham aktları ilə birlikdə ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilib, həmin işlərdən 90-ı üzrə ittiham aktı təsdiq edilərək cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə verilib”.
AzVision.az -ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

Onun sözlərinə görə,54 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan tam şəkildə ödətdirilib. O qeyd edib ki, ötən il 16 726 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 1 749 hüquqi şəxs və 14 989 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 3 milyon 523 min 402 manat cərimə tətbiq olunmaqla, dəyəri 1 milyon 300 min 605 manat olan malları məhkəmə orqanları müsadirə edib.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: DGK  





Xəbər lenti