Nazir : "Vergi məbləği 4 dəfə artıb"

 Nazir : "Vergi məbləği 4 dəfə artıb"
  25 Yanvar 2022    Oxunub:901
2021-ci ildə səyyar vergi yoxlamalarının sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90 %-ə yaxınlaşıb", - o qeyd edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Vergi  





Xəbər lenti