Azərbaycanda 6191 nəfərə amnistiya aktı tətbiq edilib

   Azərbaycanda 6191 nəfərə amnistiya aktı tətbiq edilib
  24 Yanvar 2022    Oxunub:894
“8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli qərarının icrası çərçivəsində bu günə qədər Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə amnistiya aktı tətbiq edilib.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov 2021-ci ildəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi zamanı deyib.

Onun sözlərinə görə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1542 nəfər cəzadan azad olunub, onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 1075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb.

AzVision.az



Teqlər: Amnistiya  





Xəbər lenti