Qubada silsilə oğurluqlar edən saxlanılıb

Qubada silsilə oğurluqlar edən saxlanılıb
  24 Yanvar 2022    Oxunub:817
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən silsilə oğurluqlar edən Aydın Məhərrəmovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Aydın Məhərrəmovun rayon ərazisində müxtəlif obyektlərdən pul, televizor, akvarium, hava filtri, 2 ədəd qadın qol saatı oğurladığı müəyyən edilib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti