Meksikada son 10 gündə iki jurnalist öldürülüb

Meksikada son 10 gündə iki jurnalist öldürülüb
  24 Yanvar 2022    Oxunub:648
Meksikada jurnalist Lordes Mandonado Tixuana şəhərinin Santa-Fe məhəlləsində öz avtomobilində güllələnərək öldürülüb.
AzVision.az “Reuters”ə istinadla xəbər verir ki, bu qətl hadisəsi 49 yaşlı meksikalı jurnalist Marqarito Martinezin Tixuanadakı evinin qarşısında başından vurularaq öldürülməsindən bir həftə keçməmiş baş verib.

2000-ci ildən 2021-ci ilə qədər “Article 19” insan haqları qrupu tərəfindən Meksikada 145 jurnalistin qətli qeydə alınıb.

AzVision.az


Teqlər: Meksika  





Xəbər lenti