Rüşvət cinayətləri 2 dəfə artıb

   Rüşvət cinayətləri 2 dəfə artıb
  24 Yanvar 2022    Oxunub:664
“Ötən il Azərbaycanın rayon prokuorluqlarında vəzifə cinayətləri ilə bağlı bir sıra cinayət işi başlanılıb”.
AzVision.az -ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib. O deyib ki, rüşvət alma və rüşvət vermə cinayətləri ötən illərə nisbətən 2021-ci ildə 2 dəfə artıb.

Baş prokurorun sözlərinə görə, 2021-ci ildə rayon prokurorluqlarında ümumilikdə 2061 cinayət işi açılıb. K.Əliyev vurğulayıb ki, rayon prokurorluqları 633 cinayət işininin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib.

AzVision.az



Teqlər: Rüşvət  



Xəbər lenti