Bezos qocalmanın müalicəsi üçün milyardlar xərcləyir

Bezos qocalmanın müalicəsi üçün milyardlar xərcləyir
  24 Yanvar 2022    Oxunub:871
“Amazon” şirkətinin qurucusu Ceff Bezos qocalma əleyhinə “Alto Labs” adlı startapa 3 milyard ABŞ dolları sərmayə ayırıb.
AzVision.az "The Sunday Times”a istinadən xəbər verir ki, startap artıq 59 yaşlı Hal Barronu icraçı direktor vəzifəsi üçün öz sıralarına cəlb edib. O, əvvəllər Britaniyanın “GlaxoSmithKline” əczaçılıq şirkətinin baş elmi işçisi olub.

Layihədə həmçinin Nobel mükafatı laureatları Sinya Yamanaka (pluripotent kök hüceyrələrin əldə edilməsinə görə fiziologiya və tibb üzrə mükafat) və Cennifer Dudnanın (genomun redaktəsi metodunun işlənib hazırlanmasına görə kimya üzrə mükafat) da iştirak edəcəyi bildirilir.

Qeyd edilir ki, layihənin uğurunu təmin etmək hələ tezdir, lakin ehtimala görə, tədqiqatçılar qocalmanın qarşısının alınması sahəsində yeni kəşflər edə biləcəklər.


AzVision.az


Teqlər: Bezos  





Xəbər lenti