Göygöldə `Nissan` `07` ilə toqquşub: 2 yaralı
Qəza Bakı-Qazax-Gürcüstan avtomagistiralının 370 km-də baş verib. Qazaxdan paytaxt istiqamətində hərəkət edən "Nissan" markalı avtomobillə Goranboy sakini İlyas Mahmudovun idarə etiyi "VAZ 2106" markalı minik maşnı toqquşub. Qəzada VAZ-ın sürücüsü və onun həyat yoldaşı Firizə Mahmudova ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Həkim-travmatoloq Məharət Kərimov açıqlamasında yaralıların vəziyətinin ağır olduğu bildirib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar başlayıb. İşi aparan müstəntiq ehtimal edir ki, qəzaya "VAZ 2106"-nın "Nissan"-ın yoluna çıxması səbəb olub.
Teqlər: