Bu həftə Nyu-Yorkda dörd polis güllələnib

Bu həftə Nyu-Yorkda dörd polis güllələnib
  22 Yanvar 2022    Oxunub:1146
Nyu-Yorkda bir polis əməkdaşı güllələnərək öldürülüb, digəri isə yaralanıb.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə məişət zorakılığı məsələsinin araşdırılması zamanı baş verib. Şübhəli şəxs 47 yaşlı LaShavn McNeil zərərsizləşdirilib. Polis zabiti Erik Adams mətbuata açıqlamasında hadisəni “bir polis əməkdaşına deyil, ümumilikdə Nyu-York şəhərinə hücum” kimi dəyərləndirib.

Qeyd edək ki, bu həftə Nyu-Yorkda ümumilikdə dörd polis əməkdaşı güllələnib. Bu hadisələr zamanı ölüm faktı qeydə alınmayıb.

AzVision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti