Hövsanda evlərdən oğurluq edən tutuldu

Hövsanda evlərdən oğurluq edən tutuldu
  22 Yanvar 2022    Oxunub:996
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 20-də Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2 min manat dəyərində üç samovarın oğurlanması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Vəlizadə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Aparılan tədbirlərlə onun daha bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətyanı sahədən isə 1400 manat dəyərində təmir-tikinti alətləri oğurlaması da müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Həbs  





Xəbər lenti