Dünyada bir gündə 9 mindən çox insan virusdan ölüb

Dünyada bir gündə 9 mindən çox insan virusdan ölüb
  22 Yanvar 2022    Oxunub:939
Dünyada ötən sutka yeni növ koronavirus (COVID-19) səbəbindən həyatını itirən insanların sayı 9 min nəfəri ötüb.
AzVision.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 3 milyon 652 min 347 nəfər yeni koronavirusa yoluxub, 9062 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 346 milyon 819 min 619, ölənlər isə 5 milyon 603 min 81 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (779 min 36 nəfər) və bu xəstəlikdən ölüm faktı (2777 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (71,3 milyon), Hindistan (38,9 milyon), Braziliya (23,7 milyon), Fransa (16 milyon), Böyük Britaniya (15,7 milyon), Rusiya (10,9 milyon) və Türkiyədə (10,8 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

AzVision.az



Teqlər: COVID-19  





Xəbər lenti