Xəbərdarlıq: Sabah bəzi yollar buz bağlayacaq

     Xəbərdarlıq:    Sabah bəzi yollar buz bağlayacaq
  21 Yanvar 2022    Oxunub:742
Yanvar ayının 22-də gecə və səhər bəzi yollar buz bağlayacaq.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a bildirilib ki, gecə və səhər Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Naxçıvan-Şahbuz, Bərdə-İstisu, Goranboy-Tərtər, Xaldan-Mingəçevir, Xankəndi-Xocavənd, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Hacıqabul-Bəhramtəpə-Mincivan, Ağdam-Füzuli-Horadiz, Ələt-Astara, Salyan-Neftçala, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Həmçinin dağlıq və dağətəyi rayonlarında bəzi yolların buz bağlayacağı ehtimalı var.

AzVision.az


Teqlər: Hava   Yol  





Xəbər lenti