Hərbi Prokurorluq tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib

   Hərbi Prokurorluq tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib
  21 Yanvar 2022    Oxunub:749
2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Eyni zamanda, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində amnistiya aktı tətbiq olunub.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarının qorunmasını, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsini təmin etmək məqsədilə hər il olduğu kimi, 2021-ci ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hislərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında hərbi qulluqçularla mütəmadi görüşlər təşkil edilib, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib.

Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib, xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub.

AzVision.az



Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti