"Yaşı tamam olan hər kəsə avtomatik pensiya təyin olunmur"

   "Yaşı tamam olan hər kəsə avtomatik pensiya təyin olunmur"
  21 Yanvar 2022    Oxunub:664
“Bəzən vətəndaşlar elə düşünür ki, onun yaşı tamam olubsa, avtomatik qaydada əmək pensiya təyin olunmalıdır. Amma bu, belə deyil”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib.

O qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, qeyd olunan dövrlərdə sığorta kapitalı olarsa, avtomatik qaydada pensiya təyinatı olur:

“Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövürlər ərzində kapitalı, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Şəxsin pensiya hüququnun olub-olmaması araşdırılır və məlumat verilir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti